Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: “Kafirləri torpaqlarımızdan qovana qədər kötəkləyəcəyik”

Ukrayna prezidenti Vladimir Zelenski xalqa videomüraciətində deyib ki, Rusiya aviasiyası qorxusundan daha yaxına gəlmir, uzaqvuran təyyarələrdən istifadə edir:

"Bizim silahlı qüvvələrimiz onu əla yerinə yetirirlər. İşğalçıların hücumlarını dayandırırlar... Sözün yaxşı mənasında onlar adi Rusiya aviasiyasını elə dəhşət içində saxlayırlar ki, artıq ruslar strateji uzaqvuran təyyarələrdən istifadə etməyə məcburdurlar... Bizim hərbçilərin döyüş meydanında zəfərləri tarixi əhəmiyyət daşıyır. Ancaq toraqlarımızı kafirlərdən təmizləmək üçün kifayət deyil. Onları daha çox kötəkləyəcəyik", deyə prezident vurğulayıb.

Zelenski Rusiyaya qarşı sanksiyalardan da danışıb:

"Rusiyaya qarşı sanksiyalar çox ciddidir. İqtisadı cəhətdən ağırdır. Amma rus hərbi maşınının pulunu tam kəsməyə bəs eləmir. Daha güclü, daha dağıdıcı sanksiyalar tətbiq edəcəyik".

Prezident əlavə edib ki, bir nömrəli vəzifə sülhü sürətləndirməkdir.