Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yeni iddia: 20 general həbs olunub, Şoyqu isə infarkt keçirib, vəziyyəti ağırdır

“Rusiyanın müdafiə naziri Sergey Şoyqu infarkt keçirib və reanimasiyaya yerləşdirilib”.

“Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya-İsrailin ictimai xadimi Leonid Nevzlin yayıb.

Onun sözlərinə görə, Şoyqu reanimasiyada aparata qoşulub və onun sağ qalıb-qalmayacağı bəlli deyil. O bildirib ki, Şoyqu sağ qalsa da, bəlkə də, əlil ola bilər.

Nevzlin, həmçinin qeyd edib ki, Rusiyada təqribən 20 general həbs olunub.

Bundan əlavə, Rusiya prezidentinin keçmiş köməkçisi Vladislav Surkovun da həbs olunduğu bildirilir. Çeçenistan lideri Ramazan Kadırova yaxınlığı ilə tanınan Surkovun müharibəyə hazırlığa ayrılan vəsaitin bir hissəsini mənimsəməkdə ittiham edildiyi deyilir.