Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yeni Ceyms Bondun kimliyi açıqlandı: Gözlənilməz seçim - FOTO

"Amazon MGM Studios" kinostudiyası yeni Ceyms Bond filmində əfsanəvi "agent 007" obrazını britaniyalı aktyor Robert Pattinsonun canlandıracağını rəsmən açıqlayıb.

Bu barədə şirkətin rəsmi press-relizində məlumat verilib.

Yeni filmin rejissoru Deni Vilnöv olacaq. Ssenari üzərində "Kəskin papaqlar" ("Peaky Blinders") serialının ssenaristi Stiven Nayt çalışır. Filmin prodüserləri isə Emi Paskal və Devid Heyman olacaqlar.

Robert Pattinson əfsanəvi casus roluna seçilməsini həyatının ən böyük şərəfi adlandırıb.

"Ceyms Bond kinematoqrafiyanın ən əfsanəvi personajlarından biridir. Bu rolun mənim üçün arzularımın gerçəkləşməsi olduğunu demək belə kifayət etmir. Belə möhtəşəm komanda ilə əməkdaşlıq edəcəyim üçün çox həyəcanlıyam və qarşıdakı işi səbirsizliklə gözləyirəm", - deyə aktyor bildirib.

Rejissor Deni Vilnövün sözlərinə görə, Pattinson özündə "agent 007-nin zamansız ruhunu və tamamilə yeni enerjini" birləşdirir.

Qeyd edək ki, 40 yaşlı Robert Pattinson daha əvvəl "Alatoranlıq" ("Twilight") filmlər seriyasında Edvard Kallen obrazı ilə məşhurlaşıb. O, həmçinin "Betmen" ("The Batman") filmində Qara cəngavər obrazını canlandırıb.

Yeni Ceyms Bondun kimliyi açıqlandı: Gözlənilməz seçim - Foto