Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu iki aylıq həbs edilib

Yekaterinburqun Lenin rayon məhkəməsi Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qərar qüvvəyə minməyib və apellyasiya qaydasında şikayət verilə bilər.

Qeyd edək ki, o, təxminən 10 gün əvvəl saxlanılan zaman “Mercedes-Benz G-Class” (Galendvagen) markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.

Mutvalı Şıxlinski məhkəmənin açıq hissəsində hadisənin necə baş verdiyini deyib:

“Mən bunu bilərəkdən etməmişəm. Mən onu görmürdüm. O, məndən sağda olub. Mən bunu sonradan bilmişəm”.

Məlumata görə, jurnalistlər məhkəmə zalından çıxarılıblar və proses qapalı keçirilib.