Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaponiyanın sabiq Baş naziri sui-qəsd nəticəsində öldürülüb - YENİLƏNİB-1 - FOTO/VİDEO

Yaponiyanın sabiq Baş naziri Sindzo Abe xəstəxanada vəfat edib.

Bu barədə Yaponiya NHK telekanalı rəsmi məlumat yayıb.

***

Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin son durumu açıqlanıb.

“Sky News” xəbər verir ki, onun vəziyyəti barədə ölkənin müdafiə naziri Nabuo Kisi məlumat verib.

Nazir keçmiş hökumət başçısının səhhətinin ağır olduğunu və ona qan köçürüldüyünü söyləyib.

Həmçinin S.Abeyə atəş açan 41 yaşlı Tetsuya Yamaqaminin polisə verdiyi ilkin ifadəsi mətbuata sızıb. O, müstəntiqlərə ifadəsində sabiq Baş nazirin siyasətindən narazı olduğunu və onu öldürmək istədiyini bildirib.

***

Yaponiyanın Nara şəhərində ölkənin sabiq Baş naziri Sindzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib.

Bu barədə NHK agentliyi məlumat yayıb. Hadisə yerində azı iki atəş səsi eşidilib. S. Abo boynundan və sinəsindən iki güllə yarası alıb.

Ağır vəziyyətdə xəstəxanaya aparılan keçmiş baş nazirin həkimlərin səyinə baxmayaraq öldüyü bildirilir. Onun ürəyi dayanıb.

Xəbərə görə, 68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.

Ölkənin “Nihon” telekanalının xəbərinə görə, keçmiş hökumət başçısına atəş açan şəxs 41 yaşlı Tetsuya Yamaqamidir. O, əvvəllər Yaponiyanın Dəniz Özünümüdafiə Qüvvələrində xidmət edib.

Məlumata görə, T.Yamaqami S.Abeyə sui-qəsd etdikdən dərhal sonra saxlanılıb. Hazırda polis onu dindirir.

Qeyd edək ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə Baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub.