Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xruşşovun oğlu: “Putindən fərqli olaraq, atam başa düşürdü ki, getmək lazımdır”

Dünyanı nüvə silahı ilə hədələməklə yadda qalmış mərhum sovet lideri Nikita Xruşşovun nəticəsi Nina Xruşşova  xəbərdarlıq edir: Rusiya Ukraynada nüvə silahı tətbiq edə bilər.

Nyu Noykda Yeni məktəbin beynəlxalq əlaqələr üzrə professoru Nina Xruşşova BBC-yə deyib ki, “Putin bu müharibəni nəyin bahasına olursa-olsun udmağı planlaşdırır”. Bi isə bir anlama gəlir: “əgər qələbə üçün taktiki nüvə silahını işə salmaq lazım gələrsə, ruslar bunu da edə bilərlər”.

Media Putinin “nüvə ritorikasını” 1953-1964-cü illərdə sovet dövlətinin rəhbəri olmuş Nikita Xruşşovun ritorikası ilə tez-tez müqayisə edir. Ancaq bir neçə gün əvvəl N.Xruşşovun oğlu Sergey Xruşşov ukraynalı jurnalist Dmitriy Qordona mühasibəsində demişdi ki, “Putindən fərqli olaraq, onun atası getmək lazım olduğunu başa düşürdü”.