Logo
news content
User
Kateqoriyalar

Xəbər

XİN: İstanbulda baş verən zəlzələ zamanı Azərbaycan vətəndaşları xəsarət almayıb

Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, İstanbulda maksimum maqnitudası 6,2-yə çatan bir neçə zəlzələ baş verib. Son məlumatlara görə, zərərçəkənlərin sayı 236 nəfər təşkil edib.