Xəzər dənizində kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır - VİDEO
30 Sentyabr 2026
Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib.
Mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər.
Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Seyid Səfərovun sözlərinə görə, son 30 ildə Xəzər dənizinin səviyyəsi 2.5 metr azalıb. Sahil ərazilərində suyun səviyyəsi 1.5 metrdən çox düşüb.
Xəzər dənizində su səviyyəsinin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və sosial baxımdan ciddi fəsadlara səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, proses bu sürətlə davam edərsə, sahilyanı ərazilər, gəmiçilik, neft-qaz sənayesi və biomüxtəliflik ciddi təsirlərlə üzləşə bilər.
Buna görə də Xəzərdə su səviyyəsinin dəyişməsinin səbəblərinin araşdırılması və mümkün risklərin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi vacibdir.