Rusiya Xarkov vilayətində bazara zərbə endirib, 12 nəfər yaralanıb
18 Noyabr 2026
Ukraynanın Xarkov vilayətində bazara endirilən zərbə nəticəsində 12 nəfər xəsarət alıb.
“RBK-Ukraine” xəbər verir ki, hadisə noyabrın 18-də səhər saatlarında Lozova rayonunun Zlatopol qəsəbəsində baş verib.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, yaralananlar arasında 11 yaşlı uşaq da var. Zərərçəkənlərə tibbi yardım göstərilir.
Hücumdan sonra bazarın ərazisindəki ticarət pavilyonlarında yanğın baş verib. Hadisə yerinə xilasedicilər və digər müvafiq xidmətlərin əməkdaşları cəlb olunub.