Xalq vədlərə inanmır - Etirazlar Qazaxıstanı hara aparır?
05 Yanvar 2022
Qazaxıstanda təbii yanacağın qiyməti 60 təngədən (23 qəpik) 120 təngəyə (47 qəpik) qaldırılması ilə yanvarın 2-də Manqıştau bölgəsində kütləvi etirazlar başladı.
Yanvarın 4-də hökumət qazın qiymətinin 50 təngəyə salınmasına dair qərar qəbul etsə də etirazlar daha da genişlənərək ölkənin digər yerlərinə də yayıldı və sosial tələblərə siyasi tələblər də əlavə olundu. Hökumətin istefası və əvvəllər məhkum edilən bəzi şəxslərin buraxılması tələbləri irəli sürüldü. Yanvarın 4-də Almatıda keçirilən aksiyada polislə toqquşma yaşandı. Prezident Kasım-Jomart Tokayev Manqıştau bölgəsində və Almatıda yanvarın 19-na qədər fövqəladə vəziyyətin tətbiqinə dair sərəncam imzaladı. Ayın 4-dən 5-nə keçən gecə Qazaxıstan hökuməti istefaya getdi.
Prezident Tokayev ölkədə vəziyyətin sabitləşməsi üçün təbii qazın, benzinin və dizel yanacağının, həmçinin sosial əhəmiyyətli qida məhsullarının qiymətlərinə 180 günlük dövlət nizamlanması tətbiq etdi. Bununla yanaşı, kommunal tariflərin qiymətlərinə də moratorium qoyuldu. Bundan əlavə, prezident həssas sosial təbəqənin müdafiəsini gücləndirmək üçün digər təkliflər də irəli sürdü. Tokayevin sözlərinə görə, baş verənlərin əsas məsuliyyəti hökumətin və “Kazmunayqaz”, “Qazaxqaz” kimi şirkətlərin üstünə düşür. Artıq güc orqanları fəaliyyətə keçərək, qaz zavodlarından birinin rəhbərini və sıxılmış qazla elektron ticarət sisteminin başçısını həbs ediblər.
Qazaxıstanlı jurnalist Nazgül Kenzhetay ölkədəki vəziyyətlə bağlı Euronews-a danışıb.
“Qazaxıstanda adət etmədiyimiz vəziyyət hökm sürür. Xüsusilə, Qazaxıstanın qərb bölgəsində minlərlə insan küçələrə axışıb. Etirazlar getdikcə artır, ölkə miqyasında böyüməyə başlayır. İnsanlar artıq meydanlara toplaşır.
Bu etirazlar necə başladı? Bilirsiniz ki, yanvarın 1-də 60 təngə olan yanacaq qazının qiyməti birdən-birə 120 təngəyə qaldırıldı. Bu gün, çərşənbə günü etirazlar ciddi şəkildə davam edir”.
Ekspertin sözlərinə görə, etirazların miqyası qaz qiymətlərinin aşağı salınmasından, hökumətin istefasına qədər böyüyüb.
“Bilirsiniz ki, Qazaxıstan Orta Asiyanın, hətta dünyanın neftlə zəngin ölkələrindən biridir və ölkədə sosial bərabərsizlik, insanların gəlirlərinin çox aşağı olması, sosial təminatının güvənli olmaması, dövlət qurumlarına olan etimadın azalması, bunlar da etirazlara gətirən səbəblərdir və əslində bu etirazlarla xalq bir növ uğur qazandı. Çünki qaz qiymətini bu gün hökumət açıqlamasında 50 təngəyə endirdiyini söyləyir.
Ancaq bu ekspertlər tərəfindən tam bir polulizm olaraq dəyərləndirilir, çünki qazın qiymətinin dünya miqyasında artmasından söhbət gedir. Və Qazaxıstan da bunu 5-6 ay sonra yenidən artıra bilər deyirlər. İnsanlar yenidən küçələrə çıxa bilər deyirlər. Ancaq hökumət xalqı sükunətə çağırmağa çalışır. Və evlərinə getməli olduqlarını söyləyir. Ancaq bütün bu açıqlamalar onlayn olaraq gerçəkləşdirilir. Xalq isə hökumətin onlarla danışmasını tələb edir. Və bu edilmədiyi üçün də hazırda hökuməti istefaya çağırır”.