Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin yenidən Əliyevə zəng edib

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub, söhbət zamanı “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.

“Putin və Əliyev bu gün telefon danışığı zamanı “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin qəzaya uğraması ilə bağlı müxtəlif məsələləri müzakirə etməyi davam etdirib”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Oxşar məzmunlu məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Putinin telefon zəngi, Əliyevin təyyarə qəzasına görə Rusiya Federasiyasının məsuliyyəti ilə bağlı bugünkü bəyanatından sonra olub.

Əliyev bildirib ki, Rusiya tərəfi üzr istəyib (Putin dekabrın 28-də Əliyevə zəng edib). Bununla belə, bu kifayət deyil.

O, günahını etiraf etməli, günahkarları cinayət məsuliyyətinə cəlb etməli, Azərbaycan dövlətinə, xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməlidir.