ÜST rəhbəri: “Omicron başqa variantlarda müşahidə etmədiyimiz sürətlə yayılır”
15 Dekabr 2021
“Koronavirusun Omicron ştamı indiyədək 77 ölkədə aşkar edilib”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.
Baş direktor diqqətə çatdırıb ki, Omicron başqa variantlarda müşahidə etmədiyimiz sürətlə yayılır: “Səhiyyə sistemləri ştamın sürətlə yayılması ilə risk altındadır. Omicron variantı indiyədək təhlükə baxımından lazımınca qiymətləndirilməyib”.
Qebreyesus əlavə edib ki, Omicron ştamını təkcə koronavirusa qarşı peyvəndlə dayandırmaq olmaz: “Maska taxmaq, məsafə saxlamaq, binaları havalandırmaq və əl-üz gigiyenasına riayət etmək də daxil olmaqla sanitar tədbirlərə ciddi əməl etmək lazımdır.
Aydın deməliyəm ki, yalnız peyvəndlər heç bir ölkəni bu böhrandan xilas etməyəcək”.