Umerov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri təyin edilib
18 İyul 2025
Rüstəm Umerov Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib.
Bu barədə Ukrayna KİV-ləri Prezident Volodimir Zelenski tərəfindən imzalanan fərmana istinadən məlumat yayıb.
Qeyd edək ki, R.Umerov daha əvvəl Ukraynanın müdafiə naziri olub.