Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna xüsusi təyinatlıları "Qrad" kiçik raket gəmisini məhv ediblər

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Kareliyada Rusiyanın "Qrad" kiçik raket gəmisinin məhv edilməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.

Bu barədə "RBK-Ukrayna" XƏQ-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat oktyabrın 4-də səhər saat 04:31-də Oneqa gölündə baş tutub.

"Xüsusi təyinatlılar 21631 layihəli "Buyan-M" kiçik raket gəmisini (göyərtə nömrəsi 575) Baltik dənizindən Xəzər dənizinə doğru hərəkət edərkən vurublar. Zərbə hərəkət bölməsinin sağ tərəfinə dəyib, gəmiyə ciddi ziyan dəyib. Hələlik əlavə detallar dəqiqləşdirilir", - məlumatda deyilir.

"Qrad" Rusiyanın ən yeni gəmilərindən biridir. O, 29 dekabr 2022-ci ildə Baltik Donanmasının istifadəsinə verilib. Gəminin əsas silahı "Kalibr-NK" raket sistemidir.