Ukrayna sülh planı ilə bağlı ABŞ-yə üç sənəd təqdim edəcək
10 Dekabr 2025
Ukrayna, Avropa tərəfdaşları və ABŞ hazırda sülh planı çərçivəsində üç sənədi müzakirə edirlər.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
"20 bənddən ibarət çərçivə sənədi var – maddələr Ukrayna, Avropa və dünyanın maraqlarına uyğun olaraq daim dəyişir. İkinci sənəd təhlükəsizlik zəmanətləri, üçüncüsü Ukraynanın müharibədən sonrakı bərpası haqqındadır", - Zelenski deyib.
Onun sözlərinə görə, plan üzrə işlər davam edir və çox güman ki, dekabrın 10-da başa çatacaq.
Zelenski Ukraynanın ərazi güzəştlərinə hazır olmadığını bir daha vurğulayıb. O əlavə edib ki, ABŞ hələ Ukraynanı NATO-da görməyə hazır deyil, lakin sabit təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı danışıqlar davam edir.