Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Slovakiyadan 4 müasir artilleriya qurğusunu tədarük edib

Ukrayna Slovakiyadan vəd olunan ilk 4 “Zuzana” özüyeriyən artilleriya qurğusunu alıb.

Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

Nazirin sözlərinə görə, artilleriya qurğuları artıq Ukrayna hərbçilərinin sərəncamındadır:

“Müasir “Zuzana” özüyeriyən artilleriya qurğuları Ukraynanı Rusiya ordusunun təcavüzündən qorunmağa hazırdır”.

Xatırladaq ki, iyun ayında Nad “Twitter” səhifəsində Slovakiya və Ukraynanın 8 “Zuzana 2” artilleriya qurğusu tədarükü barədə razılığa gəldiyini bildirmişdi.