Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiya neftinin Macarıstana daşınmasını dayandırdı

Rusiyanın neft boru kəməri operatoru “Transneft” Ukraynanın Rusiya neftinin bu ölkə vasitəsilə Macarıstana daşınmasını dayandırdığını bildirib.

Bu haqda “Transneft” açıqlama yayıb.

Bildirilib ki, Ukrayna ərazisindən Macarıstan istiqamətində neft daşıyan “Drujba” xəttində daşımalar dayandırılıb.

Açıqlamada qeyd olunub ki, Ukrayna tərəfi “Transneft”ə xətdə gərginliyin azalması səbəbindən daşımaları dayandırdığını bildirib.