Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Prezidentinin Ofisi: "Rusiyanın 10 generalı məhv edilib"

"İndiyədək Ukraynada Rusiyanın 10 generalı məhv edilib".

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Həmçinin 37000 rus əsgəri öldürülüb. 1605 tank, 45 təyyarə və helikopter sıradan çıxarılıb. Rusiya, doğrudan da, hələ müharibəyə başlamayıb?”, - o deyib.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukraynada hələ ciddi işə başlamadığını bildirib.