Ukrayna ordusu Kursk vilayətində irəliləyir
12 Avqust 2024
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski gün ərzində bir neçə dəfə Ukrayna prezidenti Vladimir Zelenskiyə müharibənin təcavüzkarın ərazisinə sıxışdırılması və cəbhədə vəziyyət barədə məruzə edib.
Bu barədə Ukrayna dövlətinin başçısı axşam müraciətində məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.
Zelenskinin sözlərinə görə, "Ukrayna sübut edir ki, həqiqətən ədaləti qaytara bilər" və Rusiyaya təzyiqə zəmanət verir.
Bu arada isə ukraynalı hərbçilər Kursk vilayətinin Beloye rayonuna daxil olaraq bununla da Rusiya ərazisində öz mövcudluğunu genişləndirib.
"Dünən Ukraynanın diversiya qrupunun Beloye rayonuna daxil olduğu qeydə alınıb, müdafiəçilərimiz vəziyyəti sabitləşdirməyə nail olub", - bu barədə regionun qubernatoru vəzifələrini müvəqqəti icra edən Aleksey Smirnov məlumat verib.
Lakin rayon hakimiyyəti yerli sakinlərə təcili təxliyə olunmağa çağırış edib.
Sosial şəbəkələrdə ukraynalı hərbçilərin Kursk vilayətinin Oleşnya və Qonçarovka yaşayış məntəqələrində çəkdirdiyi kadrlar üzə çıxıb.
Qeyd edək ki, bu günədək döyüşlər Kursk vilayətinin Korenev və Suca rayonlarının ərazisində gedib. Beloye rayonu Sucadan cənub-şərqə doğru yerləşir və Belqorod rayonuna bitişir.
Bu ərəfədə Rusiyanın güc strukturlarına yaxın olan "VÇK-OQPU" Telegram-kanalı bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri "döyüş qabiliyyətli qoşunlarını" Belqorod vilayətinin sərhədlərinə toplayır.
"Bununla əlaqədar olaraq bu regiona da hücum istisna edilmir", - məlumatda deyilir. Bu məlumatı müstəqil mənbələr üzrə təsdiq etmək hələlik mümkün deyil.
Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində reydi avqustun 6-da başlayıb. Bu müddət ərzində Ukrayna qoşunları Rusiya ərazisinin dərinliklərinə onlarla km irəliləyib.
Rusiya bu regiona ehtiyat qüvvələri yeritsə də, vəziyyəti dəyişə bilmir. Kreml ukraynalı hərbçilərin Rusiya sərhəddini keçəndən sonra vəziyyətin ciddiliyini azaltmağa cəhd göstərir, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) son hesabatında deyilir.
Rusiyalılar arasında mümkün təlaşa yol verilməməsi üçün region döyüş əməliyyatları zonası elan edilməyib.