Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ətrafında vəziyyətin sabitləşməsi Rusiyadan asılı deyil - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ətrafında eskalasiyanın nə vaxt bitəcəyi ilə bağlı sualı şərh edib.

TASS xəbər verir ki, Rusiya XİN başçısı italiyalı həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Ukrayna ətrafında eskalasiyanın fevralın 20-də bitib-bitməyəcəyi ilə bağlı suala cavab verib.

“Bilmirəm, eskalasiyanı biz təşkil etmirik”, - XİN başçısı vurğulayıb.

Lavrov əlavə edib ki, favralın 20-də Belarusla birgə hərbi təlimlər başa çatır: "Bu, əvvəlcədən elan edilib. Vəziyyətin gərginləşməsinin fevralın 20-də birib-bitməyəcəyi sualını bizə ünvanlamayın. Çünki bu məsələni biz şişirtmirik, bununla biz məşğul deyilik".

XİN rəhbəri sonda Rusiyanın öz təhlükəsizliyini hansı yolla təmin edəcəyi barədə qərarı özünün verəcəyini vurğulayıb.