Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Bryansk vilayətində Rusiyanın iki “İskəndər” raket kompleksini vurub

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində Rusiya ordusunun iki “İskəndər” operativ-taktiki raket kompleksinin buraxılış qurğusunu, həmçinin “Pantsir-S1” zenit-raket və artilleriya kompleksini vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna tərəfi qeyd edib ki, bu qurğuların sıradan çıxarılması Rusiya ordusunun Ukrayna şəhərlərinə ballistik raket zərbələri endirmək imkanlarını azaldır.