Logo
news content
User
Kateqoriyalar

Xəbər

UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb

UEFA rəhbəri Aleksander Çeferin FIFA Prezidenti Canni İnfantinonu vəzifəsini tərk etməyə çağırıb.

“L'Equipe” xəbər verir ki, Çeferin bu barədə Kopenhagendə Avropa Futbol Klubları Assosiasiyasının görüşündə bildirib.

"Bəsdir" deməyin vaxtıdır. Təsəvvür edin ki, arxanızca sizin mirasınızın satılması müzakirə olunur. Futbol onu idarə edən şəxslərdən daha vacibdir. Heç kimin onun gələcəyini satmağa haqqı yoxdur, futbol satılmır", - Çeferin İnfantinonun adını çəkmədən bildirib.

İyul ayında Canni İnfantinonun FIFA-nın əsas kişi və qadın yarışlarına nəzarət edəcək ayrıca şirkət yaratmaq istədiyi məlum olub. Onun fikrincə, "FIFA Forward Enterprise" şirkətinin yaradılması üzv assosiasiyaların gəlirlərini artırmaqla yanaşı, dünya futbolunun inkişafına da töhfə verə bilər.

FIFA isə bu layihənin 4,2 milyard dollar gəlir gətirə biləcəyini bildirib. Təşəbbüs futbol funksionerləri, federasiyalar və digər təşkilatlar tərəfindən geniş şəkildə tənqid olunub. Bundan sonra İnfantino bu ideyadan imtina edib.