Türkiyədə yük maşını avtobusla toqquşub, 11 nəfər ölüb, 27 insan xəsarət alıb
11 Oktyabr 2026
Türkiyədə yük maşını ilə sərnişin avtobusu toqquşub.
Hadisə Manisa vilayətinin Akhisar rayonunda baş verib.
Qəza nəticəsində 11 nəfər ölüb, daha 27 nəfər xəsarət alıb.
Əraziyə təcili yardım, polis əməkdaşları, xilasedicilər cəlb olunub.
Qəzanın hansı səbəbdən baş verdiyi açıqlanmır. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
