Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bill Qeyts: Süni intellekt ciddi kibertəhlükələrə səbəb ola bilər

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts süni intellektin (Sİ) sürətli inkişafının 2027-ci ildə ciddi kibertəhlükələrə yol aça biləcəyi barədə xəbərdarlıq edib.

O, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

"Gələn il ən kəskin dəyişiklikləri müşahidə edəcəyimiz sahə kiberhücumlar olacaq. Artıq təhdidlər vasitəsilə pul tələb etməyə və ya fond bazarına təsir göstərə biləcək pozuntular yaratmağa əsaslanan biznes modeli mövcuddur", - Qeyts qeyd edib.

Onun sözlərinə görə, ən yeni süni intellekt modellərinin imkanlarının artması, kifayət qədər məhdudiyyətlərin olmaması və kibercinayətkarların fəaliyyəti bu sahədə "çoxsaylı xoşagəlməz sürprizlərə" səbəb ola bilər.

Bununla belə, Qeyts hesab edir ki, süni intellektin nəzarətdən çıxması hələlik bəşəriyyət üçün ən aktual təhlükə deyil.

O bildirib ki, süni intellektin inkişafının dünyaya bu qədər genişmiqyaslı təsir göstərə biləcək səviyyəyə çatması üçün hələ bir neçə il vaxt lazımdır.