Türkiyədə “Instagram”a qoyulan qadağa götürüldü
11 Avqust 2024
Türkiyədə "Instagram" sosial şəbəkəsinə giriş qadağası ləğv edilib.
Bu barədə Türkiyənin nəqliyyat və insfrastruktur naziri Abdulkadir Uraloğlu "X" sosial şəbəkəsində yazıb.
Giriş qadağası yerli vaxtla 21:30-da (Bakı vaxtı ilə saat 22:30) aradan qaldırılıb.
“Instagram”a girişin bloklanması ilə bağlı qərar avqustun 2-də Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi (BTK) tərəfindən qəbul olunub. İdarə diqqəti sosial şəbəkənin respublikanın Cinayət Məcəlləsində nəzərdə tutulmuş bir sıra cinayətlərin törədilməsi riskinə məhəl qoymamasına yönəldib.
Yerli mətbuatın yazdığına görə, Ankara bu addımı HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranda iyulun 31-də öldürülməsi ilə bağlı "Instaqram"da başsağlığı ismarışlarının bloklanması ilə bağlı atıb.