Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə avtobus ağır qəza törətdi - 11 ölü

Türkiyənin paytaxtı Ankarada yol qəzası olub, 11 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

"TRT Haber” xəbər verir ki, paytaxtın Polatlı rayonunda sərnişin avtobusu körpünün dirəyinə çırpılıb.

Qəzaya sürücünün sükan arxasında yuxulaması və əyləc sisteminin işləməməsinin səbəb olduğu ehtimal edilir.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin durumu ağırdır.