Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə ağır yol qəzasında 9 nəfər ölüb

Türkiyədə ağır yol qəzasında ölənlərin sayı artıb.

"Haber Globala" xəbər verir ki, Van-Özalp avtomobil yolunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 9 nəfər ölüb, 5 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

21:44

Türkiyədə ağır yol qəzasında 7 nəfər ölüb.

“Haber Global” xəbər verir ki, qəza Van-Özalp avtomobil yolunda baş verib.

Qeyd olunub ki, TIR-la mikroavtobusun toqquşması nəticəsində 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, jandarma, Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə Qrupu , eləcə də yanğınsöndürmə qrupları cəlb olunub.