Logo
news content
User
Kateqoriyalar

Xəbər

Simonyan 2020-ci ildə Rusiyadan müharibəni dayandırmağı xahiş etdiyinə görə peşimandır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan 2020-ci ildəki müharibə zamanı Rusiyaya gedərək müharibənin dayandırılmasını xahiş etdiyinə görə təəssüfləndiyini bildirib.

Simonyan bu barədə danışarkən həmin vaxt sadəlövhlüklə nəyisə dəyişə biləcəyini düşündüyünü deyib.

“Sadəlövhcəsinə, axmaqlıq edərək nəyisə dəyişə biləcəyimi düşünürdüm. Sözün əsl mənasında rusların ayaqlarına düşərək deyirdim. Axı biz sizin qardaşlarınızıq, müttəfiqlərinizik, bu müharibəni dayandırın”, – deyə o bildirib.

Simonyanın sözlərinə görə, həmin dövrdə Rusiya müharibənin dayandırılması üçün heç bir təsirli addım atmayıb.