Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə XİN başçısı: “Azərbaycanın Ermənistana sülh təklifi son dərəcə əhəmiyyətlidir”

“Azərbaycanın Ermənistana hərtərəfli sülh sazişini imzalamağa dair təklifi son dərəcə əhəmiyyətlidir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Qarabağ zəfərindən sonra Türkiyə və Azərbaycan davamlı şəkildə müsbət mesajlar verir.

“Xüsusilə Azərbaycanın Ermənistana hərtərəfli sülh sazişini imzalamaq təklifi son dərəcə əhəmiyyətlidir. Bu, həm də bizim Azərbaycanla niyyətimizi və baxışımızı göstərir”, - Mövlud Çavuşoğlu bildirib.(APA)