Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə S-400-lərin ikinci alayı ilə bağlı müqavilə imzaladı

"Rusiyadan Türkiyəyə S-400 zenit-raket komplekslərinin (ZRK) ikinci alayının tədarükü ilə bağlı müqavilə imzalanıb. Müqavilə çərçivəsində sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokalizasiyası nəzərdə tutulur".

“Kommersant” xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib. O, müqavilənin nə zaman imzalandığını açıqlamayıb.

Şuqayev hazırda bu müqavilənin icrasının həyata keçirildiyini bildirib.

Xatırladaq ki, S-400-lərin tədarükü ilə bağlı Rusiya və Türkiyə arasında müqavilə 2017-ci ildə imzalanıb. Bununla da, Türkiyə bu sistemləri əldə etmiş ilk NATO ölkəsi olub. ABŞ Türkiyənin S-400-lərdən imtina etməsini tələb edərək, onu F-35 qırıcılarının istehsalı proqramından çıxarıb, həmçinin Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların aradan qaldırılmasının əvəzində rəsmi Vaşinqton həmin S-400-lərin Ukraynaya verilməsini təklif edib.