Trampın xüsusi nümayəndəsi bu həftə Rusiyaya gedəcək - Dövlət Departamenti təsdiqlədi
06 Avqust 2025
Dövlət Departamenti ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun bu həftə Rusiyaya səfər edəcəyini təsdiqləyib, lakin səfərin gündəliyini açıqlamaqdan imtina edib.
Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
"Hər şeydən əvvəl, (ABŞ Prezidenti Donald Tramp), əlbəttə (əvvəllər) xüsusi elçi Uitkoffun bu həftə Rusiyaya gedəcəyini qeyd etdi. Biz bunu tribunadan təsdiqləyə bilərik. Bunun nələri əhatə edəcəyi ilə bağlı sizin üçün heç bir təfərrüatım yoxdur", - o qeyd edib.
Bryus Uitkoffun səfərinin dəqiq tarixini açıqlamayıb.