
Trampın 100 günü: 80 ilin ən pis prezidenti
28 Aprel 2025
ABŞ Prezidenti Donald Tramp 100 gün hakimiyyətdə olduqdan sonra son 80 il ərzində ən aşağı bəyənmə reytinqini alıb. Öncəki antirekord da 2017-ci ildə Trampa məxsus olub.
Bunu ABC televiziya şirkəti, "The Washington Post" qəzeti və "Ipsos" sosioloji xidmətinin birgə keçirdiyi sorğunun nəticələri sübut edir.
Nəticələrə görə, amerikalıların 55%-i Trampın prezident kimi fəaliyyətini bəyənmədiyini bildirib, 39%-i isə onun prezident kimi fəaliyyətini müsbət qiymətləndirib.
Eyni zamanda, ABŞ-nin əsas problemlərinin həlli baxımından əhali demokratlardan daha çox Trampa və onun partiyasına güvənir.
Sorğu aprelin 18-dən 22-dək aparılıb. Sorğuda ölkənin hər yerindən 2,4 mindən çox insan iştirak edib.