Trampı niyə "Qiyamət günü" təyyarəsi müşayiət edib?
20 Noyabr 2026
Asiya qitəsinə səfəri zamanı ABŞ Prezidenti Donald Trampı "Qiyamət günü" təyyarəsi kimi tanınan "E-4B Nightwatch" müşayiət edib.
Bu barədə "The War Zone" portalı məlumat yayıb.
Bildirilib ki, "E-4B Nightwatch" prezidentin təyyarəsini Asiyaya və oradan geri, ABŞ-yə qədər müşayiət edən qrupun tərkibində olub.
Xəbərdə vurğulanır ki, prezidentin "Qiyamət günü" təyyarəsi tərəfindən müşayiət olunması standart təcrübədir. Bu, dövlət başçısının xaricə səfərləri zamanı həyata keçirilən logistik əməliyyatların bir hissəsi hesab olunur.
Qeyd edək ki, Tramp Çin və Filippində keçirilən sammitlərdə iştirak edib. Ağ Ev rəhbəri Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə də görüşüb.