
Trampdan 24 aprel müraciəti: "Soyqırımı" sözündən istifadə etməyib
25 Aprel 2025
ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda "soyqırımı” sözündən istifadə etməyib.
Bu barədə dövlət başçısının Ağ Evin saytında dərc olunan müraciətində bildirilib.
O, 1915-ci ildə baş verən hadisələri "ən dəhşətli fəlakət" adlandırıb.
Xatırladaq ki, Tramp əvvəlki prezidentliyi dövründə də "soyqırımı" ifadəsini işlətməyib.