Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: Ukraynaya "Patriot"lar üçün raketlər göndərə bilərik

ABŞ Prezidenti Donald Tramp Ukraynaya Amerikanın “Patriot” zenit-raket kompleksləri üçün mərmilərin göndərilməsinin mümkünlüyünü etiraf edib.

Bunu o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Trampdan Ukraynaya “Patriot” raketlərinin göndərilməsi imkanını nəzərdən keçirib-düşünmədiyini və bu məsələ ilə bağlı yekun qərarın artıq qəbul edilib-edilmədiyini soruşulub. "Mən (raket göndərə -red) bilərəm", - dövlət başçısı cavab verib.

O, Qəzza zolağında atəşkəsin vaxtı barədə də danışıb.

“Gələn həftə ərzində (Qəzzada-red) atəşkəsə nail olacağımızı düşünürük”, - Tramp suala cava verərkən deyib.