Tramp Ukraynada "Starlink"in zəifləməsində iştirakını inkar edib
17 Oktyabr 2026
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun "Starlink" peyk internet xidmətinin hərbi versiyası olan "Starshield"in işinin yubanmasında iştirakını təkzib edib.
Amerika lideri bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbətində açıqlamada verib.
"Bilmirəm, bunu kim edə bilərdi, çünki bunu edən mən deyildim. Düşünmürəm ki, bunu edən İlon (Mask) idi. Anladığım qədəri ilə hər şey əvvəlki kimi qalır", - o deyib.
Bir gün əvvəl "Reuters" mənbələrə istinadən bildirib ki, Ukrayna Ordusu üçün "Starlink" xidməti Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb. Məhdudiyyətlər Ukrayna Ordusunun hərbi bölmələri və qərargahları arasında rabitədə fasilələrə və internet sürətinin azalmasına səbəb olub və hərbi əməliyyatlara mane olub.
İlon Mask daha əvvəl "X"də yazıb ki, "Starshield" üçün məhdudiyyətlər ABŞ Ordusu və ya Prezident tərəfindən müəyyən edilir, çünki sistem Amerika hökumətinə məxsusdur.