Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp ittiham etdi: Zelenski ABŞ-ın Ukrayna üzrə sülh planını oxumayıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi sülh planı Rusiya tərəfi üçün məqbul görünür.

O bunu Kennedi İncəsənət Mərkəzində jurnalistlərlə söhbətində deyib:

“Rusiyaya gəldikdə, düşünürəm ki, bu təklif onları qane edir”.

Tramp həmçinin vurğulayıb ki, sənəd Ukrayna lideri Volodimir Zelenskini qane etmir, baxmayaraq ki, onun ətrafı planı dəstəkləyib:

“Zelenskinin bunu bəyənmədiyinə əmin deyiləm. Onun komandasının xoşuna gəlib, amma Zelenski özü hələ oxumayıb.”