Tramp İranla münaqişənin tezliklə başa çatacağına əmindir
30 Sentyabr 2026
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə başa çatacağına və neftin kəskin ucuzlaşacağına əmindir.
ABŞ mediası xəbər verir ki, o bu barədə Vaşinqtonda süni intellekt əsasında yeni federal platformanı təqdim edərkən bildirib.
"Yaxın illərdə ölkəmizin tarixini yazacaqlar və deyəcəklər ki, İrandakı müharibə bizim etdiyimiz ən vacib işlərdən biridir... Onların nüvə silahı olmayacaq... Neftin qiyməti düşəcək", - Tramp qeyd edib.