Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı

ABŞ Prezidenti Donald Tramp bildirib ki, 2026-cı ilin fevral ayında İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı.

O, Texasda tərəfdarları qarşısında çıxış edərkən ABŞ-nin İrana qarşı əməliyyatının başlanmasını xatırladıb.

"İran nüvə silahı əldə etmək üzrə idi. Üç-dörd həftə, bəlkə də daha az vaxt qalmışdı. Əgər onlar nüvə silahı əldə etsəydilər, bütün oyun bitmiş olardı. Biz buna yol verə bilməzdik", - Tramp bildirib.

Qeyd edək ki, sentyabrın sonunda İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə silahı yaratmaq ərəfəsində olması ilə bağlı iddiaları rədd edib və onları yalan adlandırıb.