Tramp İranın ABŞ şəhərlərinə raket zərbələri endirməsinin qarşısını alacağını deyib
08 Oktyabr 2026
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranın Los-Anceles və San-Dieqoya raket zərbələri endirməsinə yol verməyəcək.
Bu barədə Amerika lideri Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
"Qoy onlar San-Dieqo və ya Los-Ancelesə raket zərbəsi endirsinlər. Siz kabus istəyirsiniz? Problemlər istəyirsiniz? Amma biz bunun baş verməsinə imkan verməyəcəyik. Biz şəhərlərimizi qoruyuruq, ölkəmizi qoruyuruq", - Tramp deyib.
Daha əvvəl ABŞ Prezidenti İranla münaqişə fonunda bu şəhərlərin məhv edilməsi ehtimalını bildirmişdi, lakin o vaxt öz sözlərini izah etməmişdi.
Daha sonra Ağ Evin kommunikasiya üzrə direktoru Stiven Çunq aydınlıq gətirib ki, Tramp ABŞ-nin nüvə proqramına görə İrana qarşı hərbi əməliyyatdan imtina edəcəyi təqdirdə, Amerika şəhərləri üçün potensial təhlükədən danışıb.