Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Hörmüz boğazını minalayan bütün İran gəmilərinin məhv edilməsi əmrini verib

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında minalar yerləşdirən bütün İran gəmilərinin məhv edilməsi barədə əmr verib.

O, bu barədə "Truth Social"da yazıb.

"Mən Birləşmiş Ştatların Hərbi-Dəniz Qüvvələrinə Hörmüz boğazının sularında mina yerləşdirən istənilən gəmini (onların 159 hərbi-dəniz gəmisi artıq dənizin dibindədir!) məhv etməyi əmr etdim. Heç bir tərəddüd olmamalıdır", - o qeyd edib.

Ağ Evin rəhbəri həmçinin əlavə edib ki, ABŞ qüvvələri artıq boğazda minatəmizləmə işləri aparır.

"Bizim mina axtaran gəmilərimiz hazırda boğazı təmizləyir. Mən bu fəaliyyətin davam etdirilməsini, lakin iş həcminin üç dəfə artırılmasını əmr edirəm", - Tramp vurğulayıb.