Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Harvard universitetinin daha 1 milyard dollarını kəsmək istəyir

Tramp administrasiyası Harvard universitetinə ayrılan maliyyəni daha 1 milyard dollar azaltmağa hazırlaşır. Buna səbəb məktəbin siyasətini dəyişməkdən imtina etməsidir.

Bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, universitetin tibbi tədqiqatları üçün ayrılan federal maliyyə dayandırılacaq.

Bundan əvvəl Harvard universitetinin prezidenti Alan Qarber bildirib ki, məktəb Tramp administrasiyasının yəhudi tələbələri antisemitizmdən qorumaq üçün siyasətini dəyişdirmək tələblərini qəbul etməyəcək.