
Tramp administrasiyası müharibədə Zelenskini ittiham etdi...
24 Aprel 2025
“Əgər Krım ona (Zelenskiyə) lazımdırsa, niyə onun uğrunda mübarizə aparmadılar?”
Bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
Ukrayna prezidenti Volodimir Zelenskini kəskin tənqid edən Tramp bildirib ki, 11 il əvvəl Krım bir güllə belə atılmadan Rusiyaya verilib.
O, həmçinin Zelenskini böhranın həllini çətinləşdirən təxribat xarakterli bəyanatlar verməkdə ittiham edib.
"Ukrayna üçün vəziyyət ağırdır - Zelenski ya sülh əldə edə bilər, ya da daha üç il mübarizə aparıb bütün ölkəni itirə bilər", - Tramp bildirib.
ABŞ ikitərəfli məsləhətləşmələrdən sonra Rusiyanın Ukrayna böhranı ilə bağlı mövqeyini daha yaxşı başa düşür.
Bunu isə ABŞ dövlət katibi Marko Rubio “Free Press”ə müsahibəsində deyib.
“Bizim gördüyümüz iş Rusiyanın mövqeyinin nə olduğunu anlamaqdır. Biz bunu indi daha yaxşı başa düşürük”.
ABŞ dövlət katibi Ukraynada müharibənin hərbi yolla həllinin olmadığını da vurğulayıb.
"ABŞ-ın rəhbərlik etdiyi danışıqlar uğursuz olarsa, Ukrayna gələcəkdə daha pis vəziyyətə düşə və Rusiyadan daha sərt sülh şərtləri ala bilər", - Rubio əlavə edib.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə Volodimir Zelenskini sülhə doğru deyil, əks istiqamətdə hərəkət etdiyini bildirib.
"ABŞ prezidenti Donald Tramp məyusdur. Onun səbri tükənir. O, sülhə nail olmaq istəyir. Ancaq təəssüf ki, prezident Zelenski yanlış istiqamətdə hərəkət edir", - Livitt deyib.