Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp ABŞ-ı "üçüncü dünya ölkəsi" adlandırdı: "FTB pasportlarımı oğurlayıb"

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Floridadakı evinə basqınla bağlı yeni açıqlama verib. Tramp iddia edib ki, Federal Təhqiqat Bürosu (FTB) evində axtarış apararkən onun 3 pasportunu oğurlayıb.

Donald Tramp bu haqda tviter hesabında paylaşım edib.

“Bu, ölkəmizdə siyasi rəqibə qarşı misli görünməmiş səviyyədə hücumdur. Üçüncü dünya ölkəsi”, - Tramp qeyd edib.

Qeyd edək ki, avqustun 9-da keçmiş prezidentin Florida ştatındakı evində axtarış zamanı bəziləri çox məxfi olan 20 qutudan çox əşya tapılıb.