Tokayevdən Xəzərlə bağlı xəbərdarlıq - 2,5 milyon insan miqrasiya edə bilər
09 Oktyabr 2026
Xəzərin sahilyanı rayonlarında genişmiqyaslı iqlim dəyişikliyi 2,5 milyondan çox insanın miqrasiyasına səbəb ola bilər.
TASS xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər Ekoloji Sammitində çıxışı zamanı bildirib.
“Dünya Bankının qiymətləndirmələrinə görə, 2050-ci ilə qədər regionda təxminən 2,5 milyon insan iqlim faktorları səbəbindən daxili miqrasiya riski ilə üzləşə bilər”, - o deyib.
Tokayev vurğulayıb ki, Xəzər dənizinin üzləşdiyi fəlakətli vəziyyətə regiondakı genişmiqyaslı iqlim dəyişikliyi ilə birlikdə baxılmalıdır.
“Proqnozlara görə, bu əsrin sonuna qədər onun ayrı-ayrı hissələrində temperatur 5 dərəcə arta bilər. Bu, buzların əriməsini, su qıtlığını, quraqlığı və torpaqların deqradasiyasını gücləndirəcək”, - Tokayev əlavə edib.