
Tərtərdə bir ailənin 4 üzvü zəhərlənərək ölüb
21 Aprel 2025
Tərtərdə bir ailənin 4 üzvü zəhərlənərək ölüb.
Hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb.
Əslən Kəlbəcər rayonundan olan ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Ümid və Sürəyyanın yaşadıqları evdə meyitləri tapılıb.
İlkin ehtimala görə, onlar dəm qazından boğulublar.
Faktla bağlı araşdırma aparılır. (APA)