Logo
news content
User
Kateqoriyalar

Xəbər

Səudiyyə Ərəbistanına enən təyyarədə rus və ukraynalı pilotlar arasında mübahisə olub - YENİLƏNİB

“Flydubai” aviaşirkətinin təyyarəsinin pilotlarından biri rusiyalı, digəri isə ukraynalı olub.

Bu barədə İsrailin “Kanal 12” kanalı məlumat yayıb.

***

11:24

“Flydubai” aviaşirkəti pilotların mübahisəsindən sonra Təl-Əvivə uçan təyyarənin istiqamətini Səudiyyə Ərəbistanına dəyişdiyini təsdiqləyib.

Bu barədə şirkətin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib.

“Flydubai” təyyarənin qaçırılması ilə bağlı xəbərlərin həqiqətə uyğun olmadığını qeyd edib.

***

11:02

Tel-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.

"The Jerusalem Post" xəbər verir ki, hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib, qaçırılma kodu aktivləşdirilib.

İsrail Baş nazirinin sözçüsü də təyyarənin qaçırılmadığı bildirib.

***

10:56

Qaçırıldığı bildirilən Dubay-Təl-Əviv təyyarəsinin 10 dəqiqə ərzində Səudiyyə Ərəbistanına eniş edəcəyi gözlənilir.

Bu barədə “Ynet” məlumat yayıb.

***

10:36

Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.

“Ynet”in xəbərinə görə, təyyarə bu barədə fövqəladə vəziyyət siqnalı verib.

Bildirilib ki, uçuşun istiqaməti Səudiyyə Ərəbistanına yönəldilib.

Məlumata görə, təyyarədə 150-dən çox sərnişin var.

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz məsələ ilə bağlı təcili iclas çağırıb.