"Tasnim": ABŞ toy keçirilən obyekti bombalayıb, ölənlər var
02 Sentyabr 2026
ABŞ ordusunun İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücumu zamanı 50 nəfərə çatıb.
Bu barədə “Tasnim” xəbər verir.
Qeyd olunur ki, toy mərasiminin keçirildiyi obyekt zərbəyə məruz qalıb. Hücum zamanı daha 2 nəfər ölüb.
01 sentyabr, 23:27
ABŞ ordusu İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücum edib, ölən və yaralananlar var.
“Tasnim” xəbər verir ki, toy mərasiminin keçirildiyi obyekt zərbəyə məruz qalıb.
"Sirikdə bir toy mərasiminə hücum zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb", - məlumatda bildirilib.
Ümumilikdə Sirikdə 20 nəfərin yaralandığı vurğulanır.
23:15
ABŞ ordusu İranın Sirik şəhərində yaşayış məntəqələrindən birinə hücum edib, xəsarət alanlar var.
IRIB xəbər verir ki, bir neçə vətəndaş yaralanıb.
"Ölənlərin olması da istisna edilmir, məsələ hazırda araşdırılır", - məlumatda bildirilib.
Qeyd olunub ki, toy mərasiminin keçirildiyi yer hava zərbələrinə məruz qalıb.
21:40
ABŞ-nin hücumlarından sonra İranın Konarak liman şəhəri və Qeşm adasında partlayış səsləri eşidilib.
“Tasnim” xəbər verir ki, Konarakda 6 partlayış baş verib.
Hələlik partlayışların vurduğu zərərin həcmi və dəqiq yeri açıqlanmayıb.
"Tasnim"in müxbiri bildirib ki, saat 19:30-la 19:45 arasında Qeşm adasının cənub sahilində 8 partlayış səsi eşidilib", - məlumatda qeyd olunub.
Qeşm hava limanına hücum rəsmən təsdiqlənməyib, Bəndər Abbas və Sirikin bəzi bölgələrində də partlayış səslərinin eşidildiyi vurğulanıb.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran obyektlərinə kütləvi zərbələr endirib.