Talıbovlara qarşı səlib yürüşü: Öz şirkəti cərimə edildi, qardaşının şirkəti yoxlanılır
05 Yanvar 2023
Valyuta tənzimi qaydalarının pozulmasına görə, “Gəmiqaya şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 8 protokol tərtib edilib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi üzrə təqsirli bilinir.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Protokollar baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, “Gəmiqaya şirkəti” MMC Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsusdur. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya” Holdinqin prezidenti olub.
Naxçıvanda “Sürət Kargo” MMC-nin ofisində yoxlamalar başlayıb.
Yoxlamalar şirkətin Naxçıvan şəhəri Təbriz küçəsi, 1 ünvanındakı mərkəzi ofisində və anbarlarında aparılır.
Məlumata görə, sözügedən şirkət həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının daşınmasını həyata keçirir. “Sürət Kargo” MMC Azərbaycan Respublikasında və Türkiyədə qeydiyyatdan keçmiş və hər iki ölkədə özünə məxsus ofislərində fəaliyyət göstərir.
Şirkət Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsusdur və bölgədə bu sahədə inhisarçı kimi tanınır.
“Sürət Kargo” MMC-nin Ordubaddakı və Bakıdakı ofislərində də yoxlamalar başlayıb.