Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sumqayıtda avtobus yanaraq vəziyyətə düşüb, xəsarət alan yoxdur

Sumqayıt şəhərində avtobus yanıb.

Hadisə şəhərin 13-cü mikrorayon ərazisində baş verib. Belə ki, ərazidə hərəkətdə olan 2 nömrəli marşrut avtobus alışaraq yanıb.

Avtobusun yanması nəticəsində xəsarət alan olmayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən "İSUZU" markalı avtobusda baş vermiş yanğın yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobus tamamilə yararsız vəziyyətə düşüb.

Xəsarət alan yoxdur.